ADY ilə Ağdama get, azad olunmuş ərazilərə 7 günlük icazə əldə et! - VİDEO
336
15:52, Bu gün

ADY ilə Ağdama get, azad olunmuş ərazilərə 7 günlük icazə əldə et! - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
 
ADY-dən Moderator.az-a verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
 
"Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.
 
Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.
 
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.

Link kopyalandı!
Son xəbərlər