Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan mətbuatı çoxmərtəbəli binanın girişində baş verən diqqətçəkən hadisənin videosunu yayımlayıb.
Kadrlar göstərir ki, bir kişi binadan çıxarkən girişdə olan qız üçün qapını saxlayır.
Bir neçə saniyə sonra, kişi qapını buraxıb yoluna davam etdiyi anda yuxarı mərtəbədən pəncərə düşür. Xoşbəxtlikdən, kişi xəsarət almadan hadisədən qorunub.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər bildiriblər ki, "qıza kömək edərək kişi həm də öz həyatını xilas etmiş oldu, çünki pəncərə birbaşa onun başına düşə bilərdi". Bu hadisə istifadəçilər arasında həm qorxu, həm də heyranlıqla qarşılanıb. /Milli.az/