Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi - VİDEO
277
14:45, Bu gün

Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi - VİDEO

Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Moderator.az xəbər verir ki, əldə edilən məlumata görə, beynəlxalq axtarışda olan və "İnsan alveri" və "Fahişəliyə təhrik etmə, məcbur etmə , asanlaşdırma və yer təmin etmə" cinayətləri ilə 43 il 3 ay 10 gün həbs cəzası və 12.480 TL məhkəmə cəriməsi ilə cəzalandırılan Azərbaycan vətəndaşı N.S. İğdır-Naxçıvan yolunda keçirilən qəfil əməliyyat zamanı şübhəli bilinərək saxlanılan nəqliyyat vasitəsində yaxalanıb.

Nəzarətə alınan şəxs məhkəmə prosesindən sonra həbs olunaraq həbsxanaya təhvil verilib. /milli.az/

Link kopyalandı!
Son xəbərlər