172
12:35, Bu gün

"Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək” - VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionla bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirib".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.
 
Millət vəkilinin sözlərinə görə, yaxın günlərdə ABŞ nümayəndəsi Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri də bir çox mühüm məsələlərə əlavə aydınlıq gətirəcək. O vurğulayıb ki, bu səfər xüsusilə Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
 
Cavanşir Feyziyev qeyd edib ki, regionda baş verən proseslərin fonunda aparılan bu cür təmaslar həm siyasi dialoqun dərinləşməsi, həm də gələcək əməkdaşlıq perspektivlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Daha ətraflı Real Televiziyanın təqdim etdiyi videomaterialda:
Link kopyalandı!
Son xəbərlər