Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik - VİDEO
264
08:16, Bu gün

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik - VİDEO

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla həyata keçiriləcək.
 
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.
 
Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.
 
Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi - yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə - gücləndirilmiş identifikasiya hesab edilmir.
 
İqtisadçılar isə bildirirlər ki, bu dəyişiklik gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
 
Dövlət Gömrük Komitəsindən qeyd olunub ki, göstərilən tarixdən sonra malların bəyan edilməsi zamanı problem yaşanmaması üçün vətəndaşlara əvvəlcədən ASAN İmza və ya SİMA elektron imzasını əldə etmələri tövsiyə olunur.
Link kopyalandı!
Son xəbərlər