Qərbi Azərbaycan Xronikası:
109
08:06, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
 
Moderator.az xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev Türkmənçay müqaviləsindən sonra Qərbi Azərbaycana kütləvi erməni köçünün necə başlamasından danışıb.
 
O bildirib ki, 1828-1829 illərdə başlayan köçlər Cənubi Qafqazda vəziyyəti dəyişib:
 
"Türkmənçay müqaviləsinin 15 maddəsi Cənubi Qafqazın taleyinə təsir göstərdi. İrandan İrəvana 45 min erməni köçürüldü. Cəmi 20 min olan erməni əhalisi yüz ilə İrəvanda çoxluğa çevrildi. 1905-1906-cı illərdə baş verən hadisələr Cənubi Qafqazda qanlı vəziyyət yaratdı. Bakıda, İrəvanda və Şuşada qırğınlar baş verdi. Bundan sonra İrəvan xanlığında ermənilərin dövlət yaratmaq ideyası ortaya çıxdı. Beləliklə, Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı".
 
Onun sözlərinə görə, erməni terroru yalnız azərbaycanlılara qarşı deyildi:
 
"Rus məmurlarına qarşı sui-qəsdlərin arxasında da ermənilər dayanırdı. Amma Çar Rusiyası erməni terroruna dözdü. Birinci Dünya müharibəsi erməni terroruna daha da qüvvət verdi".
 
İ. Niftəliyev sonda Ermənilərin dövlət yaratmaq planının nə vaxt, necə və kimlərin hesabına formalaşması və digər məsələlərə aydınlıq gətirib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Link kopyalandı!
Son xəbərlər