Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərini davam etdirir. O, bu səfər çərçivəsində Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində atılacaq addımları müzakirə ediblər".
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında Azərbaycan liderinin səfəri ilə bağlı hazırlanan reportajda bildirilib.
"Azərbaycan və Ermənistan əvvəllər Ağ Evdə keçirilən tarixi zirvə görüşündə sülh müqaviləsini paraflamışdılar. Bu çərçivədə, sazişin icra prosesi və türk dünyası üçün strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görüşün gündəliyində olub. Danışıqlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan da iştirak ediblər.
Əbu-Dabiyə səfəri çərçivəsində İlham Əliyevin bu gün BƏƏ-nin nüfuzlu qurumlarından biri olan Şeyx Zayed Fondu tərəfindən təşkil edilən mükafatlandırma mərasimində iştirak etməsi gözlənilir" - deyə, telekanalın reportajında bildirilib.
Qeyd olunub ki, İlham Əliyevə Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfələrə görə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunacaq.
"Sülh sazişinin paraflanmasından sonra Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı dialoq prosesi də regional sülh üçün vacib hesab olunurdu.
Digər tərəfdən, Paşinyan ölkəsindəki erməni diasporunun təsiri altında olan müəyyən siyasi və iqtisadi dairələrin təzyiqinə baxmayaraq, prosesi davam etdirdi. Onun bu mövqeyini qoruyub saxlaması və seçkidən sonra da eyni istiqamətdə davam etdirməsi sülh prosesinin sürətləndirdi", - deyə "Haber Global"ın süjetində vurğulanıb.