Bizi sosial şəbəkələrdən izləyin:
Regionlarda işəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb.
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Nicat Həmidov bildirib ki, son bir ilin statistikasına əsasən, şirkətlər ən çox texniki ixtisaslar, satış və maliyyə sahəsində işçi axtarışındadır. Lakin müraciət edənlərin çoxu ya təcrübəsiz, ya da müasir dövrün tələbi olan rəqəmsal bacarıqlardan uzaqdır.
İşəgötürənlərin ən çox çətinlik çəkdiyi əsas sahələr sırasında satış və marketinq, texniki ixtisaslar, mühasibatlıq və maliyyə yer alır. Bundan əlavə, tikinti, fiziki işlər və ticarət sahəsi də kadr çatışmazlığı yaşananlar sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri və tibb sahəsi üzrə işçi çatışmazlığı da var.
Bildirilib ki, indi sadəcə diplom kifayət etmir; işəgötürən həm praktiki bacarıq, həm də rəqəmsal savadlılıq tələb edir. Bu boşluğu doldura bilməyənlər isə minlərlə vakansiyanın fonunda işsiz qalmaqda davam edir.