Bakıda naməlum qadın gecə evlərin arasında gəzir -
154
13:25, Bu gün

Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Telefondakı şəxsin dediklərini icra edirdi" - VİDEO

Gecə saat 03:00 radələrində yaşayış məhəllələrindən birində qeyri-adi hadisə baş verib.

Bu barədə jurnalist Gülnar Nazimqızı məlumat verib.

Onun bildirdiyinə görə, bir qadın telefon vasitəsilə qarşı tərəfdəki şəxsin dediklərini icra edib.

Məlumata görə, o, əvvəlcə ərazinin şəkillərini, daha sonra videosunu çəkərək kiməsə göndərib. Baş verənlərin şahidi olan sakinlərdən biri pəncərədən qadına səslənərək nə axtardığını soruşub. Qadın isə "Burada King Market var?" sualını verib.

Sualdan sonra qadının narahat olduğu və ərazidən uzaqlaşdığı bildirilib. Lakin 20 dəqiqə sonra həmin şəxs yenidən geri qayıdaraq ərazidə torpağı eşələməyə başlayıb.   

Hadisə şahidləri qadının gecə saatlarında tanımadığı ərazidə nə axtardığını və ya ora nəsə qoyub-qoymadığını anlamadıqlarını bildirirlər. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır./Milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər