Polisdən ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri TUTULDU - VİDEO
385
12:25, Bu gün

Polisdən ƏMƏLİYYAT: Narkoşəbəkə üzvləri TUTULDU - VİDEO

Narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlanıb.
 
Bu barədəModerator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
 
Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
 
Faktlarla bağlı cinayət işi başlanılıb.
 
X. Həmzəyev və K. Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Saxlanılan şəxslərin əlbir olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər