Qurban Qurbanov 21 il sonra gedəcəyi stadiondan danışdı - “Vahiməli idi”+Video
1201
01 Feb 2026 | 22:55

Qurban Qurbanov 21 il sonra gedəcəyi stadiondan danışdı - “Vahiməli idi”+Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra Çempionlar Liqasının pley-off mərhələsi üçün yollanacağı “St James’ Park” stadionundan danışıb.
 
2005-ci ildə Azərbaycan yığması ilə İngiltərə millisinə 0:2 hesabı ilə uduzduqları matçda oynadığı arenanı vahiməli adlandırıb:
 
“Yaxşı xatırlayıram. Əla atmosfer var idi. Bir az vahiməli stadiondur”.
 
Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” görüşü fevralın 24-dən 25-nə keçən gecə 00:00-da keçiriləcək. /Qafqazinfo/ 

Link kopyalandı!
Son xəbərlər