Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasının 18-ci turunda keçirilən "Qarabağ" - "Turan Tovuz" oyununda gərginlik yaşanıb.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov hakimə sərt etiraz edib.
Belə ki, matçın 32-ci dəqiqəsində Mateus Silva rəqibi ilə mübarizədə yerdə qalıb.
Baş hakim Elçin Məsiyev isə "Qarabağ"ın əleyhinə cərimə zərbəsi təyin edib. Bu qərar isə Qurban Qurbanovu özündən çıxarıb. O, sərt şəkildə hakimə etiraz edib.