Bakıda küçədə tapılan azyaşlının valideynləri ilə əlaqə saxlanıldı - VİDEO - YENİLƏNİB
491
15:24, Bu gün

Bakıda küçədə tapılan azyaşlının valideynləri ilə əlaqə saxlanıldı - VİDEO - YENİLƏNİB

Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
 
"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.
 
14:35
 
Bakıda itən azyaşlının valideynləri axtarılır.
 
Moderator.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.
 
Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıb:
 
"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".
 
Videoda qeyd edilib ki, azyaşlının valideynlərinin adı Təbriz və Gülüdür. O, 21 saylı məktəbin ikinci sinifində təhsil alır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər