Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT - VİDEO
272
13:23, Bu gün

Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT - VİDEO

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının “drop” kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.

Moderator.az xəbər verir ki, Baş Prokurorluq bu hallarla bağlı vətəndaşlara müraciət edib.  

Prokurorluq xatırladır ki, kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparılarsa bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır:

Hörmətli vətəndaşlar, bunları unutmayın:

Kart məlumatları gizli saxlanmalıdır.

Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.

- Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri tələlərə aldanmayın.

Müraciətdə qeyd edilir ki, bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir: “Hər birinizdən xahiş edirik özünüzü, kartınızı, maliyyə təhlükəsizliyinizi qoruyun! Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanları ilə və ya bankınızla əlaqə saxlayın”.

Təhlükəsizlik hamımızın məsuliyyətidir!

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər