"Bu, çox boş söhbətdir. Heç vaxt özümə yaraşdırmaram. İlk əvvəl özümə və peşəmə hörmət edirəm. Danışmadığım müğənnini belə elə gözəl təqdim etdiyim an olub ki..."
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib.
O, Xalq artisti Röya Ayxanın ondan inciməsindən danışıb. Afaq bildirib ki, Röyanın dedikləri gerçəyi əks etdirmir:
"Bizim üçün səhnə elə yerdir ki, orada şəxsi münaqişələrə yol verməməliyik. Bu, bizim qeyri-peşəkar olmağımızdan xəbər verir. Çox şükür ki, bunu anlayıram. Röya Ayxan bir vaxtlar demişdi ki, Afaqın mənim sənətimdə böyük əməyi olub. Bunu etiraf edib. Bu insan onu necə səhnədə pis təqdim edə bilər?
Mənim Röya ilə mübahisəm olmayıb. Şəxsi qərəzliyim də yoxdur. Bu yaxınlarda verilişdə onu o cür təqdim edən Afaq səhnədə onu necə pis təqdim edə bilər? Yəqin ona səhv çatdırıblar və ya özü düz eşitməyib. Bilmirəm, həmin vəziyyət necə olub. Gördünüz, mən danışmadım.
Münasibətimiz gözəldir. Verilişdən sonra mənə yazıb, təşəkkürünü bildirdi. Mən qonağıma, hər zaman səhnədə təqdim etdiyim insana hörmət edirəm. Şəxsi münasibəti səhnəyə qatsam, qeyri-peşəkar olaram".
Qeyd edək ki, Röya "Afaqdan məni təqdim etməsinə görə incidim, özünə də dedim. Məni təqdim etməyə qorxdu. Deyir ki, indi oxuyur populyar Röya. Dedim, nə danışırsan?" sözlərini söyləyib.