Nərimanovda dördmərtəbəli obyektdə yanğın olub - VİDEO
195
09:09, Bu gün

Nərimanovda dördmərtəbəli obyektdə yanğın olub - VİDEO

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560 kv.m olan istilik sistemlərinin satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.
 
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış mallar 80 kv.m sahədə yanıb.
 
Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər