Autizm niyə oğlan uşaqlarında daha çox rast gəlinir? - VİDEO
286
08:49, Bu gün

Autizm niyə oğlan uşaqlarında daha çox rast gəlinir? - VİDEO

"Oğlan uşağı gec danışar". Bu cümləni, yəqin ki, bir çoxumuz eşitmişik. Amma mütəxəssislər xəbərdarlıq edir ki, gec dilaçma bəzən autizmin ilk əlaməti ola bilər.
 
Övladı autizm sindromundan əziyyət çəkən Səbinə Qafarova öz təcrübəsini belə bölüşür: "Bir yaşı oldu, uşaq danışmadı, yaşyarım oldu, danışmadı. Çox adam dedi ki, oğlandır, ailədə gec danışan olub, bağçaya qoy danışar və s. Artıq iki yaşyarım idi, dedik bu uşaq ümumiyyətlə danışmır. Göz kontaktı zəif olur. Çağıranda istəsə sənə baxar, istəməsə baxmaz".
 
Autizmə oğlan uşaqları arasında daha çox rast gəlindiyi deyilir. Bəs buna səbəb nədir? Valideynlər uşağın gec danışdığının artıq bir siqnal olduğunu nə vaxt qəbul etməlidirlər?
 
Loqoped Fəridə Adıgözəlova məsələyə belə aydınlıq gətirib: "Bunun 4 faktoru var: genetik, beyin inkişafı, hormonal təsir (testosteron), diaqnostik fərq. İşarə barmağından daha çox istifadə edirsə, danışmaqdan daha çox qışqırırsa, ağlamaqla ünsiyyət qurursa, dediklərinizi təkrarlayır amma məqsədli danışmırsa, istədiyini sözlə demirsə, artıq erkən əlamətlər var deməkdir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər