138
15:15, Bu gün

"Doğum günümdə sizin üçün "Oxudum" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova ənənəsinə sadiq qalaraq yenə də ad günündə sevənlərinə sürpriz edib. 
 
Moderator.az xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də pop kraliça yeni mahnı hazırlayıb.
 
"Oxudum" adlı ifa artıq yutub kanlında yerləşdirilib.
 
55 yaşını qeyd edən ölkənin əsas ulduzu ritmik mahnı üçün fərqli görünüşdə foto da çəkdirib. Fotoların müəllifi Azər Cəfərdir. 
 
Kazımova yeni işini izləyiciləri ilə bölüşərək "Yeni mahnımı doğum günümdə sizin üçün "Oxudum".  Həyatımın və sənətimin bütün dövrlərində yanımda olduğunuz üçün sizə təşəkkür edirəm. Sizi çox sevən sizin Aygün" sözlərini yazıb.
 
Mahnının müəllifi İsmayıl Əsədov və Nəriman Abbaszadədir. Mahnıda rep bəndini Zamiq Əliyev (YAP 10) oxuyub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər