Səbail rayonunda ƏMƏLİYYAT: İranlıdan narkotik alan saxlanıldı - VİDEO
115
12:53, Bu gün

Səbail rayonunda ƏMƏLİYYAT: İranlıdan narkotik alan saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, növbəti tədbir zamanı 33 yaşlı Gəncə şəhər sakini Səfər Camalov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanıb.
 
S.Camalov narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Bakı şəhərində satmaq niyyətilə əldə etdiyini bildirib. O, narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər