Əfqanıstanda qar fırtınası və leysan 60-dan çox insanın ölümünə səbəb oldu - FOTO/VİDEO
42
19:14, Bu gün

Əfqanıstanda qar fırtınası və leysan 60-dan çox insanın ölümünə səbəb oldu - FOTO/VİDEO

Son üç gündə Əfqanıstanda qar və leysan yağması nəticəsində altmış bir nəfər ölüb.
 
Bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
 
"Son üç gündə qar fırtınası və leysan nəticəsində itkilər, eləcə də dəyən ziyan barədə ilkin məlumatlar: 61 ölü, 110 yaralı. 458 ev qismən və ya tamamilə dağılıb", - açıqlamada deyilir.
 
İtkilər əsasən ölkənin mərkəzi və şimal əyalətlərində qeydə alınıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər