Bizi sosial şəbəkələrdən izləyin:
Son üç gündə Əfqanıstanda qar və leysan yağması nəticəsində altmış bir nəfər ölüb.
Bu barədə Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Son üç gündə qar fırtınası və leysan nəticəsində itkilər, eləcə də dəyən ziyan barədə ilkin məlumatlar: 61 ölü, 110 yaralı. 458 ev qismən və ya tamamilə dağılıb", - açıqlamada deyilir.
İtkilər əsasən ölkənin mərkəzi və şimal əyalətlərində qeydə alınıb.