Nektar toplamağa gedən arılar təknəyə qayıtmır - Təsərrüfatlar niyə məhv olur?
90
14:44, Bu gün

Nektar toplamağa gedən arılar təknəyə qayıtmır - Təsərrüfatlar niyə məhv olur?

Ölkəmizdə kütləvi şəkildə arı ölümləri müşahidə edilir.
 
Arı ailələrində müxtəlif virusların yayılması və nəticədə onların xəstəlik səbəbindən məhv olması halları baş verir.
 
Gənəyə qarşı profilaktik tədbirlər görülsə də, bal arıları naməlum səbəblərdən ölməkdə davam edir.
 
Bu sahədə mütəxəssis çatışmazlığı və laboratoriyaların olmaması da problemin dərinləşməsinə gətirib çıxarıb.
 
Arıçılar Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, əsas problem xəstəliklərin düzgün təyin edilməməsi və müvafiq müalicənin aparılmamasıdır.
 
Digər narahatlıq doğuran hallardan biri də nektar toplamağa gedən arıların müxtəlif səbəblərdən geri qayıda bilməməsi və təknələrin boş qalmasıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər