Füzulidə əməliyyat: Həbs edilənlər var - VİDEO
344
10:25, Bu gün

Füzulidə əməliyyat: Həbs edilənlər var - VİDEO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Onladan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.
 
Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər