Plastik tullantıların emalı müəssisəsi sakinlər üçün ciddi təhlükəyə çevrilib - VİDEO
337
08:10, Bu gün

Plastik tullantıların emalı müəssisəsi sakinlər üçün ciddi təhlükəyə çevrilib - VİDEO

Paytaxtın Xətai rayonu, Gəncə prospektində toplanan plastik tullantılar sakinlərin iddiasına görə, təkrar emal üçün əridilir. Bu tullantıların yenidən emalı ekologiya üçün ciddi təhlükə yaradır. Ərazidə yaranan kəskin qoxu və həşəratların artması sakinlərin gündəlik həyatını çətinləşdirir.
 
Şikayətçinin sözlərinə görə, buraya həm rayonlardan, həm də Balaxanıdan zibillər gətirilir: "Plastik butulkaları açıq ərazidə saxlayırlar. Xüsusilə sentyabrın ortalarından oktyabrın əvvəllərinə qədər temperatur yüksək olan vaxtlarda dəhşətli dərəcədə üfunət yaranır və həşəratlar hədsiz çoxalır".
 
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Xətai rayonu, Gəncə prospekti, 754 ünvanında plastik tullantıların emalı müəssisəsindən ətrafa qoxunun yayılması ilə bağlı daxil olan şikayət araşdırılıb.
 
"Polycycle" MMC-nin tabeliyində olan plastik tullantıların emalı müəssisəsinin fəaliyyəti zamanı ekoloji qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilərək icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilib.
Link kopyalandı!
Son xəbərlər