Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
108
11:55, Bu gün

Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirib.
 
Moderator.az xəbər verir ki, son iki gündə cənub zonasında, xüsusilə Yardımlı, Lerik, Astara və Lənkəranın dağlıq ərazilərində güclü qar yağması müşahidə olunub. Nəticədə avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətində çətinliklər yaranıb.
 
Agentliyin sözügedən rayonlar üzrə mövcud olan, eləcə də qonşu rayonlardan cəlb edilmiş xüsusi texnika və işçi qüvvəsi tərəfindən son iki gün ərzində fasiləsiz olaraq yolların qardan təmizlənməsi işləri aparılıb. Görülən tədbirlər nəticəsində balansda olan bütün avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.
 
Ümumilikdə respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsinin qardan təmizlənməsi, eləcə də buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
 
Hazırda AAYDA-nın bütün yol istismar idarələri, həmçinin Avtomobil Yollarının Mühafizə Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər