Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO
172
11:34, Bu gün

Şuşa, Xankəndi və Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.
 
Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən iki ədəd "Mercedes" markalı avtomobil və bir ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.
Link kopyalandı!
Son xəbərlər