230
08:09, Bu gün

"Burada əqrəb, ilan - nə desən, var" - Uşaqların təhlükə altında qaldığı məktəbdə nə baş verir?

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər Şabran rayonu, Dəvəçi kənd tam orta məktəbinin binasının yararsız vəziyyətdə olmasından şikayət edirlər.
 
Sakinlərdən biri bildirib ki, məktəbin vəziyyəti ciddi narahatlıq doğurur:
 
"Məktəb bərbad gündədir. Tavandan su damır, uşaqlar tez-tez qrip olurlar. Burada əqrəb, ilan - nə desən, var".
 
"Məktəb sovet dövründə tikilib. Oturacaqlar pis vəziyyətdədir, sanitar qovşağı yoxdur. Divarlarda çatlar var. Övladım evə gəlib deyir ki, ata, dərs vaxtı üstümüzə su damır", - başqa bir sakin deyib.
 
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar:
 
"Binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".
Link kopyalandı!
Son xəbərlər