Naxçıvanda sakinlərin bitməyən su problemi - ŞİKAYƏT
66
16:14, Bu gün

Naxçıvanda sakinlərin bitməyən su problemi - ŞİKAYƏT

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndinin sakinləri uzun müddətdir su problemindən ciddi əziyyət çəkirlər.
 
Vətəndaşların sözlərinə görə, aylardır həm içməli, həm də suvarma suyuna həsrət qalıblar.
 
Sakinlər problemin həlli üçün tədbir görülməməsi səbəbindən toplaşaraq mövcud vəziyyətə etirazlarını bildiriblər.
 
Sakinlərin nümayəndəsi Vüsal Bağırov Baku TV-yə deyib:
 
"Bizi suyumuzu kəsib Cəhri kəndinə veriblər. Məqsədlərinin nə olduğunu bilmirik. Rüstəm müəllimin (Su idarəsinin rəsmisi - red.) bizim kəndlə nə problemi var, anlaya bilmirik. Traktoru camaatın üstünə sürdürür. Sürücüyə dedi ki, adamların üstünə sür, öldür keç".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər