Ət qutabında at DNT-si aşkarlandı - VİDEO
169
14:49, Bu gün

Ət qutabında at DNT-si aşkarlandı - VİDEO

Suraxanı rayonunda qənnadı məmulatlarının emalı və satışı obyektində qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və at DNT-si müəyyən edilib.
 
Bu barədə Moderator.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
 
Bildirilib ki, Əmircan ştq, Q.Quliyev küçəsində fəaliyyət göstərən obyekt fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsusdur.
 
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.
 
Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir, unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammallardan istifadə edilir, qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri korroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb.
 
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər