Sürücülərə xəbərdarlıq - VİDEO
129
15:04, Bu gün

Sürücülərə xəbərdarlıq - VİDEO

Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir.
 
Bu barədə Moderator.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 
 
"Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal  yolun kənarına çəkməsi vacibdir. 
 
Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək. 
 
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək", - deyə Mərkəzin sürücülərə müraciətində qeyd olunub. 

Link kopyalandı!
Son xəbərlər