DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO/VİDEO
328
14:58, Bu gün

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdilər - FOTO/VİDEO

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
 
Bu barədə Moderator.az-a Dövlət Təhlükəsiziyi Xidmətinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
Link kopyalandı!
Son xəbərlər