İranda həyat gün keçdikcə çətinləşir: Sakinlər nələri açıqladılar? - VİDEO
305
08:45, Bu gün

İranda həyat gün keçdikcə çətinləşir: Sakinlər nələri açıqladılar? - VİDEO

İranda dekabrın sonlarından etibarən ölkənin bir neçə şəhərində rialın kəskin ucuzlaşması ilə başlayan etirazlar əvvəlcə dinc xarakter daşısa da, sonradan zorakılıqla müşayiət olunmağa başlayıb.
 
Xüsusilə, 8 və 9 yanvar tarixlərində baş verən hadisələr zamanı insan tələfatı ilə yanaşı, ictimai əmlaka, məscidlərə, dövlət binalarına və banklara ciddi ziyan dəyib. İran hakimiyyəti baş verənlərə görə ABŞ və İsraili ittiham edib.
 
Hazırda iğtişaşlar səngisə də, etirazlara səbəb olan iqtisadi problemlər hələ də qalmaqdadır. Sakinlər mövcud vəziyyətdən çıxış yolu tapa bilmədiklərini vurğulayırlar.
 
"Artıq yaşamaq mümkün deyil. Bir kiloqram meyvə almağa gücüm çatmır", - deyə şəhər sakinlərindən biri bildirib.
 
Digər bir sakin isə üzləşdiyi maliyyə çətinliklərini belə ifadə edib:
 
"Aylıq kirayə haqqı üçün 55 dollar ödəyirəm. Üstəlik, 1 000 dollar məbləğində bank krediti götürmüşəm və onu geri qaytarmalıyam. Xərcləri ödəməyə imkanım yoxdur, nə edəcəyimi bilmirəm".
Link kopyalandı!
Son xəbərlər