Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Miçiqan ştatında 100-dən çox avtomobil zəncirvarı qəzaya uğrayıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Aralarında azı 30 yük maşınının da olduğu avtomobillər bir-birinə çırpılıb və yoldan kənara çıxıb. Hadisə güclü qar səbəbindən baş verib.
Yerli polis qəzada çox sayda insanın xəsarət aldığını, lakin həlak olanların olmadığını bildirib.