ADY xəbərdarlıq edir: qatar keçidlərində qaydalara əməl edilməməsi faciə ilə nəticələnir - VİDEO
162
13:13, Bu gün

ADY xəbərdarlıq edir: qatar keçidlərində qaydalara əməl edilməməsi faciə ilə nəticələnir - VİDEO

2025-ci il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maşinistləri qatarların qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama tətbiq ediblər.
 
ADY-dən Moderator.az-a verilən məlumata görə, bütün hallarda qəzadan yayınmaq mümkün olmayıb.
 
Belə ki, il ərzində 18 dəfə toqquşma qaçılmaz olub. Nəticədə 10 nəfər ağır xəsarət alıb, 8 nəfər isə həyatını itirib.
 
Qurumdan bildirilib ki, qatarı dərhal saxlamaq fiziki baxımdan mümkün deyil və bunun üçün böyük məsafə tələb olunur. Bu səbəbdən vətəndaşlar dəmir yolu xətlərini yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməklə keçməli, keçid zamanı qulaqlıqdan istifadə etməməli, sağa və sola baxaraq hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yoluna davam etməlidirlər.
 
Qeyd olunub ki, ADY üçün təhlükəsizlik prioritet istiqamətlərdən biridir. Bu məqsədlə mütəmadi olaraq sosial şəbəkələrdə maarifləndirici kampaniyalar təşkil olunur, eləcə də dəmir yolu ətrafında yerləşən məktəblərdə xüsusi təhlükəsizlik təlimləri keçirilir.

Link kopyalandı!
Son xəbərlər