Defisit malların ünvanı, Tağıyevin də ziyarət etdiyi məhəllə -
128
08:05, Bu gün

Defisit malların ünvanı, Tağıyevin də ziyarət etdiyi məhəllə - "Kubinka"nın gizli tarixinə SƏYAHƏT

Bakının Nəsimi rayonu ərazisində yerləşən, xalq arasında "Kubinka" kimi tanınan qədim məhəllə hazırda böyük bir yenidənqurma dövrünü yaşayır. Baku TV-nin çəkiliş qrupu paytaxtın bu tarixi ərazisində olub, sakinlərin xatirələrini və söküntü ilə bağlı fikirlərini öyrənib.
 
Məhəllənin yaşlı sakinləri "Kubinka"nın keçmiş aurasını həsrətlə xatırlayırlar. 70 yaşlı sakinin sözlərinə görə, illər əvvəl burada hər kəs bir-birini tanıyır, mehriban qonşuluq münasibətləri hökm sürürdü:
 
"Bura "Kubinka"dır. Biz çoxdan burada yaşayırıq. Əvvəllər insanlar daha mehriban idilər, hamı bir-birini tanıyırdı, bir-birinin evinə pay göndərirdi. İndi isə hər yerdən gələnlər var, köhnə sakinlərin çoxu köçüb və ya dünyasını dəyişib. Bir-birimizdən uzaqlaşmışıq".
 
"Kubinka"nı digər tarixi məhəllələrdən ("Sovetski", "Papanin") fərqləndirən əsas cəhət buranın məşhur ticarət mərkəzi olması idi. Sovet dövründə tapılmayan ən nadir malları məhz buradan tapmaq mümkün idi.
 
"Bakının hər yerindən bura gəlirdilər. Ən defisit mallar burada satılırdı. Nə lazımdırsa - evinə, uşağına, ailəsinə - hamısını gəlib buradan axtarıb tapırdılar", - başqa bir sakin bildirib.
 
Məhəllə həm də özünəməxsus sənətkarlıq ənənələri ilə seçilir. Hazırda burada hələ də qalayçılar və misgərlər fəaliyyət göstərirlər. Ustaların dediyinə görə, qədim mis qablara və samovarlara hələ də tələbat var. Bununla yanaşı, "Kubinka"da yerləşən qədim çıldaq ocağı həm yerli əhalinin, həm də xarici turistlərin (İsrail, Koreya, Sinqapur və s.) maraq dairəsindədir. Deyilənlərə görə, bu ocağın 200 illik tarixi var və vaxtilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də buraya gəlirmiş.
Link kopyalandı!
Son xəbərlər