Dağ yamacında yerləşən Urakəran kəndindən REPORTAJ:
141
16:26, Bu gün

Dağ yamacında yerləşən Urakəran kəndindən REPORTAJ: "Adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır"

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Yardımlı rayonunun Urakəran kəndinə səfər edilib.
 
Yardımlı şəhərinin mərkəzindən təxminən 5 kilometr, Bakıdan isə 200 kilometrə yaxın məsafədə, dağ yamacında yerləşən Urakəran kəndinin mövcud durumu və sakinlərin gündəlik həyatı verilişdə diqqət mərkəzində olub.
 
Kənd sakini Rasim dayı Baku TV-yə kənddə sosial mühitin zəif olmasının insanların köçünə səbəb olduğunu bildirib:
 
"Bizim kəndin əhalisi çox idi, indi bir az azalıb. Şəraitsizlikdən çıxıb gediblər şəhərə. Burada toplaşacağımız, vaxt keçirəcəyimiz məkan yoxdur, tarixən də olmayıb. Bütün günü mən həyat yoldaşımın, o da mənim sifətimə baxır. İnsan eyni şeyi təkrar edəndə bezir, yenilik lazımdır".
 
Kənd sakini Qabil Qaraxanlı isə Urakəranın tarixi barədə məlumat verib. Onun sözlərinə görə, kəndin qədim adı "Urağaran" olub və ərazi-inzibati dəyişikliklərindən sonra indiki adını alıb: "Kəndimizin adının tarixi Ağ Hun imperiyası dövrünə gedib çıxır. Çünki ağ hunların tərkibində uar tayfaları var idi. Biz uar tayfalarıyıq".
 
Buraxılış çərçivəsində Yardımlı rayonunun təbiət incilərindən biri olan Nisəqala kanyonu da ziyarət olunub. Həm təbiət möcüzəsi, həm də tarixi zənginliyi ilə seçilən kanyonun qayalıqları qədim dövrlərdə buranın strateji əhəmiyyət daşıdığını göstərir. Dar keçidlər, saf dağ havası və axan çay Nisəqala kanyonunu həm macəra, həm də sakitlik axtaranlar üçün cəlbedici məkana çevirir.
Link kopyalandı!
Son xəbərlər