17:38
6°C
Bakı
Müğənni Damla məclislərin birində görüntülənib.
Moderator.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda sənətçinin onunla rəqs etmək istəyən bəylə birlikdə "lezginka" oynaması izləyicilərin diqqətini çəkib.
Görüntülərdə Damlanın rəqs zamanı sərgilədiyi çevik və enerjili performans maraqla qarşılanıb. Bir çox istifadəçi sənətçinin rəqsini və səhnədəki rahatlığını müsbət qiymətləndirib.
Video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələr yaradıb. İzləyicilər Damlanın səhnə performansını aktiv, fərqli və diqqətçəkən adlandırıblar.
Damla bu dəfə geyimi ilə deyil, "lezginka"sı ilə sosial şəbəkələrin ən çox danışılan mövzularından birinə çevrilib.