Xalq artistinin mahnısı Taylandda
142
13:12, Bu gün

Xalq artistinin mahnısı Taylandda "Yapon restoranı"nda! - VİDEO

Xalq artisti Aygün Kazımovanın dünya miqyasında tanınan "S.O.S" adlı hiti bu dəfə Taylanddan eşidilib.
 
Moderator.az xəbər verir ki, mahnının Phuket adasında yerləşən yapon restoranlarından birində səslənməsi diqqət çəkib.
 
Sözügedən anları aparıcı Nigar Mahmudova təsadüfən lentə alıb. O, məkanda olarkən tanış melodiyanı eşidib və həmin maraqlı görüntünü sosial şəbəkə izləyiciləri ilə paylaşıb.
 
Qısa zamanda yayılan video böyük marağa səbəb olub. İzləyicilər bu hadisəni Azərbaycan musiqisinin dünyanın müxtəlif guşələrində səslənməsinin bariz nümunəsi kimi dəyərləndiriblər. /milli.az/

Link kopyalandı!
Son xəbərlər