Hülya Avşarın keçmiş əri 22 yaşlı SEVGİLİSİ İLƏ - özü 61 yaşındadır - VİDEO
138
10:51, Bu gün

Hülya Avşarın keçmiş əri 22 yaşlı SEVGİLİSİ İLƏ - özü 61 yaşındadır - VİDEO

Məşhur türkiyəli müğənni və aktrisa Hülya Avşarın keçmiş həyat yoldaşı, 61 yaşlı Kaya Çilingiroğlu sosial şəbəkələrdə yenidən diqqət mərkəzinə düşüb.
 
Onun 22 yaşlı sevgilisi ilə birlikdə görüntülənməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
 
Qeyd edək ki, Kaya Çilingiroğlu Türkiyədə daha çox iş adamı və idman şərhçisi kimi tanınır. O, uzun illər televiziya proqramlarında futbol şərhləri ilə çıxış edib və mediada məşhur sima kimi tanınıb.
 
Son yayılan fotolarda Çilingiroğlunun gənc sevgilisi ilə səmimi anları sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. İzləyicilər arasında yaş fərqi ilə bağlı müxtəlif fikirlər səsləndirilib, bəziləri bunu normal qarşılasa da, digərləri tənqidi mövqe sərgiləyib.
 
Sözügedən görüntülər qısa zamanda gündəmə çevrilərək həm maqazin səhifələrində, həm də sosial platformalarda geniş maraq doğurub. /Milli.az/

Link kopyalandı!
Son xəbərlər