Bizi sosial şəbəkələrdən izləyin:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter qoşqu ilə havaya qalxarkən qəzaya uğrayıb.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan ABŞ istehsalı "UH-60 Black Hawk"un İsrail modifikasiyası olan "Yanşuf" (ibrani dilində "Bayquş" mənasını verir) çoxməqsədli helikopteri olub.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. İsrail Hərbi Hava Qüvvələri komandanlığı hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb.