İranlı reper ağlayaraq kömək istədi - VİDEO
194
13:48, Bu gün

İranlı reper ağlayaraq kömək istədi - VİDEO

Türkiyəyə gedən iranlı reper sosial şəbəkə hesabında paylaşım edərək ölkəsində gördüyü dəhşətli hadisələr barədə danışıb.
 
Moderator.az xəbər verir ki, Meraj Tehrani adlı iranlı reper ağlayaraq ölkəsi üçün kömək istəyib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
"Onlar insanları qan içində boğurlar, üzərlərinə birbaşa atəş açır, onları amansızca qətlə yetirirlər", - deyə söyləyən sənətçi göz yaşlarına hakim ola bilməyib.
 
Qeyd edək ki, İranda dekabrın sonunda başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiyalar zamanı 3000-ə yaxın şəxs həlak olub. Ölkənin onlarla sakini hadisələr fonunda Türkiyə ərazisinə keçməyə başlayıb. /Milli.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər