Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxt sakini Səadət Kərimova yaşadığı binanın yerində yeni, çoxmərtəbəli bina tikən MTK-nın onu beş ildir ki, süründürdüyünü və haqqı olan evləri verməkdən imtina etdiyini iddia edir. Dediyinə görə, o, həm iaşə obyektlərindən, həm də evindən olub.
Moderator.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Səadət Kərimovanın sözlərinə görə, onun ərazidən çıxartmaq üçün əllərindən gələni edirlər.
Şikayətçinin sözlərinə görə, ona vəd olunan 621 kv/metr əvəzinə 484 kv/metr olmaqla, üç ev veriləcəyi vəd edilsə də, 57 kv/metr də buradan kəsilib. O da tam təhvil verilməyib, evlərin açarı isə dəyişdirilib.
Məsələ ilə bağlı sözügedən “Baku City” şirkətindən bildirilib ki, hazırda iş məhkəmədədir, iddiaları cavablandırmaq üçün məhkəmədən çıxacaq qərarı gözləmək lazımdır.