Bizi sosial şəbəkələrdən izləyin:
Bakı şəhərinin Günəşli yaşayış massivi sürüşmənin aktiv olduğu zonalardan biridir.
Antropogen yüklənmə və intensiv yağışlar bu prosesi daha da aktiv edir.
Həmin təhlükənin əsas səbəblərindən biri ərazinin təbii xüsusiyyətləridir.
Nəticədə isə həmin ərazidə olan evlər çatlayır və torpaq sürüşür, asfalt isə yararsız hala düşür.
Ərazidə yaşayan sakinlər təhlükə ilə üz-üzədirlər.
Həmçinin sakinlər Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, evlərin əksəriyyətində çat var, onlar avtomobil yollarını dəfələrlə asfaltlasalar da, sürüşmə ondan normal istifadəyə həmişə əngəl olur.