Hadrut sakini:
115
14:05, Bu gün

Hadrut sakini: "Burada normal həyat tərzi üçün nə lazımdırsa, təmin olunub" - VİDEO

Baku TV artıq dörd aydır Xocavənd rayonunun Hadrut qəsəbəsində məskunlaşan Mustafayevlər ailəsinin qonağı olub.
 
Qəsəbə sakini Zahid Mustafayev bildirib ki, doğma yurda dönüşdən sonra uzun illərlə davam edən həsrət bitib.
 
"4 aydır burdayıq. Hadruta qayıtmağım 37 il çəkib, ancaq indi elə bilirəm ki, arada o illər olmayıb. Bu 4 ay o illəri bağladı. Burada insan üçün lazım olan hər şey var - təmiz havası, suyu, yaşayış şəraiti. Normal həyat tərzi üçün nə lazımdırsa, təmin olunub", - deyə o qeyd edib.
 
Ev sahibəsi Flora Mustafayeva isə deyib: "Buranın xoş ab-havası var. Səhərlər yaz havası kimi hiss olunur. Bir il sonra buralar indikindən də gözəl olacaq. Buranın təbiəti o qədər gözəldir ki, torpağa atdığın hər tumun bəhrəsini görürsən".
Link kopyalandı!
Son xəbərlər