273
10:48, Bu gün

"Gerizəkalı, dünyaya bir ideologiyanın çərçivəsindən baxan o hakimiyyətlə..." - Rauf Arifoğludan sərt açıqlama

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu “TNS TV”yə müsahibəsində İrandakı son durumu dəyərləndirib.
 
Moderator.az xəbər verir ki, “TNS TV”nin rəhbəri Tural Səfərin suallarını cavablandıran Rauf Arifoğlu İranın mövcud siyasi vəziyyəti, hakimiyyətin ideoloji mahiyyəti və bu rejimin perspektivləri barədə geniş şərhlər verib.
 
Arifoğlu bildirib ki, İranın hazırkı hakimiyyəti islami ideologiyaya söykənən teokratik rejimdir və bu idarəetmə modelinin gələcəyi yoxdur. Onun sözlərinə görə, İran rəhbərliyi dünyaya dar ideoloji çərçivədən baxdığı müddətdə İran xalqının azad, firavan və xoşbəxt yaşaması mümkün olmayacaq.
 
Yeni Müsavat Media Qrupunun rəhbəri vurğulayıb ki, hazırkı Tehran rejimi İranı faktiki olaraq blokada vəziyyətində saxlayır, dünyanın böyük gücləri ilə düşmənçilik münasibətlərindədir, regionun əsas aktorları ilə gərginlik yaşayır və qonşu ölkələrlə münasibətləri soyuqdur. Arifoğlunun fikrincə, bütün bu problemlərin kökündə ölkəni idarə edən teokratik sistem dayanır.
 
Rauf Arifoğlu qeyd edib ki, İranı yönəldən siyasi elita geridə qalmış, müasir çağırışlara cavab verə bilməyən, zəka və idarəetmə baxımından tükənmiş, siyasi ömrünü başa vurmuş bir qrupdur. Onun sözlərinə görə, bu elita hakimiyyətdən getmədikcə İranda azadlıq, normallaşma və islahat proseslərinin baş verməsi mümkün deyil.
 
Müsahibədə o da vurğulanıb ki, mövcud rejim davam etdiyi təqdirdə İran təkcə region üçün deyil, həm də beynəlxalq ictimaiyyət və İran xalqının özü üçün daimi problem mənbəyi olaraq qalacaq.
 
Qeyd edək ki, verilişin bu hissəsində Rauf Arifoğlunun İrandakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər geniş rezonans doğurub.
Link kopyalandı!
Son xəbərlər