Bizi sosial şəbəkələrdən izləyin:
Bakının 7-ci mikrorayon ərazisində avtomobil yolda çuxura düşüb batıb qaldı.
Moderator.az Milli.az-a istinadla xəbər verir ki, avtomobil çuxura düşdükdən sonra sürücü nəqliyyat vasitəsini çıxara bilməyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sakinlər sözügedən yol hissəsində əvvəllər də oxşar problemlərin yaşandığını bildiriblər.