Polis Bakıda əməliyyat keçirdi: 7 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO
719
11:02, Bu gün

Polis Bakıda əməliyyat keçirdi: 7 kiloqram narkotik dövriyyədən çıxarıldı - VİDEO

Nəsimi Rayon Polis İdarəsi 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Zaur Ələsgərov şübhəli şəxs qismində saxlanılıb.
 
Ondan 6 kiloqram marixuana, 470 qram tiryək və 355 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
 
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər