Ötən həftənin xronikası: 169 yanğına çıxış oldu, üç nəfərin meyiti tapıldı - VİDEO
398
10:22, Bu gün

Ötən həftənin xronikası: 169 yanğına çıxış oldu, üç nəfərin meyiti tapıldı - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 213 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
 
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər