Azərbaycanlı müğənninin hamam xalatında yataq otağından VİDEOsu müzakirə yaratdı
758
10 Jan 2026 | 17:05

Azərbaycanlı müğənninin hamam xalatında yataq otağından VİDEOsu müzakirə yaratdı

Müğənni Vəfa Şərifova doğum gününü Rusiyada qeyd edib.
 
Moderator.az xəbər verir ki, sənətçiyə ilk sürprizi isə rəfiqəsi qaldığı otelin otağında edib.
 
Belə ki, rəfiqəsi Vəfanı yataq otağında, çarpayıda olarkən hamam xalatında təbrik edib və həmin anları videoya çəkərək paylaşıb. Sözügedən görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılaraq müzakirələrə səbəb olub.
 
Videoya çoxsaylı şərhlər yazılıb. İzləyicilərin bir qismi müğənnini doğum günü münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Digər tərəfdən isə bəzi sosial şəbəkə istifadəçiləri sənətçinin bu geyimdə görüntülənməsini uyğun hesab etmədiklərini bildirərək tənqidi fikirlər səsləndiriblər.
 
Vəfa Şərifovanın sözügedən videosu hazırda da sosial mediada aktiv şəkildə müzakirə olunmaqdadır. /milli.az/

Link kopyalandı!
Son xəbərlər