Xamenei Trampa XƏBƏRDARLIQ ETDİ:
858
09 Jan 2026 | 15:15

Xamenei Trampa XƏBƏRDARLIQ ETDİ: "O da devriləcək" - VİDEO

Bu gün İranın Ali Lideri Əli Xamenei ölkəboyu keçirilən etirazlarla bağlı yenidən çıxış edib.
 
Moderator.az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.
 
Ə.Xamenei vurğulayıb ki, İran xalqı xarici güclər üçün muzdlu işləməyi qəbul etmir. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, bir dəfə xaricilər üçün çalışan şəxs artıq xalq tərəfindən rədd edilir.
 
"Təkəbbür və lovğalıqla oturub bütün dünyaya hökm etməyə çalışan o adama (Trampa) gəlincə, o da bilməlidir ki, tarix göstərir: firon, Nəmrud, Rza xan, Məhəmməd Rza kimi despot və təkəbbürlü hakimiyyətlər məhz güclərinin və lovğalıqlarının zirvəsində olduqları vaxt süquta uğrayıblar. O da devriləcək", - deyə Xamenei ABŞ Prezidenti Donald Trampa işarə edib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər